Klub karyerasi:Karles Puyol futbol karyerasına doğulduğu bölgənin
La Pobla de Sequr adlı klubunda qapıçı olaraq başlamışdır. Lakin,
çiynindəki zədə ilə bağlı olaraq sonradan hücumçu kimi çıxış etməyə
başladı. 1995-ci ildə o Barselona'nın gənclərdən ibarət komandasına
qoşuldu və orada müdafiəyə meylli yarımmüdafiəçi mövqeyində çıxış
edirdi. 1997-ci ildə Barselona B-də çıxış etməyə başladı və burada o sağ
cinah müdafiəçisi mövqeyində oynayırdı.
1999-cu ildə Barselona'nın baş məşqçisi onu əsas komandaya gətirdi. Puyol əsas komandada debütünü 1999-cu il oktyabrın 2 Real Valyadolid'ə qarşı oyunda edib. Daha sonralar o müdafiənin mərkəzində də çıxış edirdi. 2002-ci ildə o UEFA tərəfindən "Avropanın ən yaxşı sağ cinah müdafiəçisi" mükafatına layiq görüldü. Aqressivliyi və peşəkarlığı ilə seçilən Puyol müdafiənin istənilən mövqeyində oynaya bilir. 2003-2004 mövsümünün sonundan etibarən komandanın kapitanıdır.
2008-ci il sentyabrın 16-sı Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Sportinqlə keçirilən qarşılaşmada o əsas komandada 400-cü oyununu keçirdi.
Milli karyerası
2000-ci il noyabrın 15-də o İspaniya milli komandasında ilk oyununa çıxıb. İspaniya millisinin tərkibində o 2000-ci il Sidney Olimpiya, 2002 FIFA Dünya Kuboku, Avro 2004, 2006 FIFA Dünya Kuboku Avro 2008 kimi beynəlxalq turnirlərdə oynayıb. Bu müddət ərzində 72 oyunda 2 qol vurub. O həmçinin Kataloniya milli komandasının yoldaşlıq oyunlarında da çıxış etmişdir.
2008-ci ildə keçirilən Avropa Çempionatında yığmanın çempion olmasında o böyük pay sahibi olmuşdur və Avro 2008 Rəmzi komandasına mərkəz müdafiəçi mövqeyində seçilmişdir. Şəxs haqda olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

Aucun commentaire:
Enregistrer un commentaire